Apple daha bahalı iPhone Ultra modeli üzərində işləyə bilər.


Facemark.az xarici mənbəyə istinadən xəbər veri ki, Apple iPhone Pro və Pro Max modelləri üzərindən daha bahalı iPhone "Ultra" təqdim etmək imkanlarını araşdırır. Bu yüksək səviyyəli cihaz 2024-cü ildə iPhone 16 seriyası ilə gələ bilər.


Keçən sentyabr ayında Qurman "Ultra" modelin Pro Max markasını builki iPhone 15 ilə əvəz edə biləcəyini proqnozlaşdırmışdı. Lakin Qurmanın son nəzəriyyəsi onu göstərir ki, Apple daha güclü və daha bahalı iPhone sinfi yaratmaq istəyir. Bu o deməkdir ki, cihazın qiyməti 1099 dollardan başlayan iPhone 14 Pro Max-dan daha yüksək ola bilər.


iPhone Ultra-nın hansı xüsusiyyətlərlə təchiz olunacağı hələ də bəlli olmasa da, Qurman onun "yəqin ki, daha yaxşı kamera, daha sürətli çip və bəlkə də daha böyük ekrana malik ola biləcəyini" təxmin edir.


Qeyd edək ki, Qurmanın sözlərinə görə, Iphone Ultra şarj portunun istifadə olunmayacağı bir dizaynla gələ bilər.