“Azərbaycan Beynəlxalq Bankının tərkibində “ABB İnnovasiya Mərkəzinin yaradılmışdır”. Bildimiz kimi son zamanlarda ölkədə sahibkarlığa maraq daha da artmaqdadır. Biz Qafqazın ən böyük bankı olaraq daha çox korporativ sahəyə yönəlmiş bir bank idik. Lakin sahibkarlığa marağın artdığını müşahidə edərək departament formatında bir qurum yaratdıq. Qurum həmçinin sahibkarlara təlimlərin verilməsi onların maarifləndirilməsi istiqamətində fəaliyyət göstərir.
İnnovasiya Mərkəzinin əsas məqsədi startapların və onların bizneslərinin yaradılması üçün şəraitin yaradılmasıdır.
Əvvəllər biz startap deyəndə daha çox təsərrüfat sahəsində, istehsalda yeni başlanğıcları görsəkdə son zamanlarda artıq texnologiyanın inkişafı ilə daha çox rəqəmsal sahədə və onlayn platformada startapların artdığını müşahidə edirik.
Bu da sevindirici haldır ki, ölkəmizdə gənc nəsil, yeni sahibkarlar trendə uyğun olaraq rəqəmsal sahədə inkişaf etməyi planlaşdırırlar”.
Bu fikirləri Azərbaycan Beynəlxalq Bankının Kiçik və orta sahibkarlarla iş departamentinin direktoru Nuru Xəlilov III Maliyyə və İnvestisiya Forumu zamanı bildirib.
Nuru Xəlilovun tam çıxışını aşağıdakı linkə daxil olaraq izləyə bilərsiniz: