“İndiyə qədər “ABB Tech Academy” adlı korporativ sosial məsuliyyət olan layihəmizə 14 mindən çox müraciət daxil olub. Buradan 419 nəfər məzun olub ki, bu məzunlar daha sonra müxtəlif yerlərdə işlə təmin olunublar. Bu startaplar qeyd olunan proyekti keçdikdən sonra sahibkar olurlar. Sahibkar olduqdan sonra biz onlara bank xidməti olaraq və ya insvestor xidməti olaraq öz xidmətlərimizi göstərməyə başlayırıq. Bütün bu bank xidmətlərini göstərmək üçün bizim ABB olaraq 2 formatda bank məhsullarımız var (Express kreditlər və standart kreditlər).


Bizim sahibkarlar üçün kreditlər daha çox maraqlıdır. Startaplar riskli sahə sayılır. Banklarımız startaplara təminatsız, uzun müddətlli, böyük məbləğdə vəsait ayrılmasında böyük risklər görürlər. Bizim akademiyanın verdiyi texniki savaddan sonra artıq sahibkar da bilir ki, nə qədər riskə getmək olar və nə qədər fayda əldə edə bilər”.


Bu fikirləri Azərbaycan Beynəlxalq Bankının Kiçik və Orta Sahibkarlarla İş departamentinin direktoru Nuru Xəlilov III Maliyyə və İnvestisiya Forumu zamanı qeyd edib.


Nuru Xəlilovun çıxışını tam olaraq izləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: