“Biz Paşa Kapital olaraq çalışırıq ki, məsələn 10 milyon manat ehtiyacı olan şirkətə heç olmasa 20-30 milyonluq maraq yaradaq. Çünki 20-30 milyonluq maraq yarananda artıq bütün investorlar hiss edir ki, bazarda şirkətlə maraqlanan çox investor var. Nəticədə şirkət məsələn, maksimal 12%-lə borclanmaq istəyirsə investorlar başa düşürlər ki, daha az faizlə həmin istiqrazlara (korporativ istiqrazlar) auksionda öz alış təkliflərini verməlidirlər. Buna görə də nəticədə rəqabət yönümlü auksionda şirkətin satdığı istiqrazların faiz dərəcəsi normalda olandan 1,5-2% aşağı düşə bilir. Bizim Paşa Kapital olaraq əsas hədəfimiz korporativ müştərilərimiz üçün heç olmasa həmin o faiz dərəcəsini 1,5-2% aşağı salmaqdır".
Bu sözləri Paşa Kapital İnvestisiya Şirkətinin direktor müavini Ruslan Xəlilov III Maliyyə və İnvestisiya Forumu zamanı qeyd edib.
Ruslan Xəlilovun çıxışını dinləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: