"Korporativ istiqraz bazarının dövlət istiqrazları ilə bölgüsünə nəzər salaq. 2021-ci ildə ilkin emissiyada dövlət istiqrazlarının payı daha çox olub. Təxminən 90% təşkil edib.Dövlətin daxili bazarda istiqraz vasitəsilə borc vəsaitinin cəlb edilməsində son dövrlərdə azalma meyilləri müşahidə olunur. Bir neçə il əvvəl Maliyyə nazirliyinin cəlb etdiyi vəsaitlərin ümumi həcmi 2 milyard olurdusa, bu il (1,4-1,5) formalaşıb. Çünki, büdcənin və büdcə defisitinin səviyyəsinə baxılanda çox böyük dövlətin daxili bazarında borclanma meyillərinin olacağı hiss olunmur. Bizim Paşa Kapital olaraq bəzi konsultantlarla apardığımız araşdırmaların nəticələrində əldə etdiyimiz rəqəmlər budur ki, təxminən ümumi ilkin bazarın heç olmasa növbəti 4 ildə 36-40%-i korporativ istiqrazlara yönləndirilə bilər".


Bu sözləri Paşa Kapital İnvestisiya Şirkətinin direktor müavini Ruslan Xəlilov III Maliyyə və İnvestisiya Forumu zamanı qeyd edib.


Ruslan Xəlilovun tam çıxışını dinləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: