Azər Türk Bank AFAD-a 50.000 manat məbləğində yardım edib.


Facemark.az xəbər verir ki, bu barədə məlumatı bank özü yayıb.


Azərbaycanın Dövlət banklarından biri olan Azər Türk Bank qardaş Türkiyə Cümhuriyyətində baş vermiş çox ciddi dağıntı və itkilərə səbəb olan təbii fəlakət nəticəsində zərər çəkən insanlara yardım məqsədilə 50 000 manat məbləğində ianə edib. Vəsait Türkiyə Daxili İşlər Nazirliyi Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsinin (AFAD) hesabına köçürülüb.


Qeyd edək ki, Azərbaycan dövləti tərəfindən göstərilən yardımlar hələ də davam etdirilir.