"Müasir dövlət idarəetməsinin mərkəzində məhz yüksək keyfiyyətli dövlət xidmətləri dayanır. Dövlət qurumlarının fəaliyyətindən yüksək nəticələrin əldə olunması, yüksək keyfiyyətli dövlət xidmətlərinin təmin olunması dövlət idarəçiliyinə xüsusən də dövlət maliyyəsinin idarə olunmasına yeni yanaşmaların tətbiqini zəruri edir. Xüsusən də sürətlə dəyişən şəraitə, şərtlərə daha çevik uyğunlaşa bilən yeni idarəçilik modellərinin tətbiqi vacibdir. Bunun üçün tələb olunan maliyyə resurslarının daha effektiv və səmərəli mobilizasiyası üçün heç şübəsiz ki, büdcə siyasətinin, dövlət maliyyəsinin və ümumiyyətlə büdcə planlamasının strateji planlaşdırma ilə əlaqələndirilməsi vacibdir".


Bu sözləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin direktor müavini Rəşad Həsənov III Maliyyə və İnvestisiya Forumu zamanı qeyd edib.


Rəşad Həsənovun tam çıxışını dinləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: