"Qlobal iqtisadiyyatda baş verən yeniliklər və dəyişikliklərlə vergi orqanları ayaqlaşmalı, yeni transformasiyalara cavab verməlidir. Məlum olduğu kimi son dövrlərdə iqtisadiyyatda elektron ticarət, elektron ticarətlə bağlı olan vergitutma prosesləri çox ciddi diqqətə səbəb olur.
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında iştirak edir, onlarla fikir mübadiləsi aparır və məlumat toplayır. İƏİT tərəfindən "BEPS" adlanan konsepsiya təqdim olunur. BEPS (Vergitutma bazasının aşınması və mənfəəin köçürülməsi) konsepsiyası yeni çağırışlara uyğunlaşmaq üçün vergi orqanları tərəfindən atılan addımdır".
Bu sözləri KPMG Azərbaycanın Vergi üzrə meneceri Ülvi Mehrəliyev III Maliyyə və İnvestisiya Forumu zamanı qeyd edib.
Ülvi Mehrəliyevin tam çıxışını dinləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: