“Tətbiq olunan yeni mexanizmin ənənəvi büdcə planlamasından nə ilə fərqlənir?
Sadə şəkildə desək, orta müddətli xərclər çərçivəsi və nəticə əsaslı büdcə dövlətin maliyyə resurslarının strateji məqsədlər, hədəflər və bu hədəflərin reallaşdırılmasından əldə olunan nəticələr nəzərə alınmaqla prioritetləşdirilməsi və planlaşdırılmasını nəzərdə tutan bir strateji büdcə planlaması alətidir. Bizim ölkəmizdə ənənəvi büdcə planlaması illik əsasda həyata keçirilirdi. Cari ildə verilən qərarda sonrakı illərin nəticələri nəzərə alınmırdı. OMXÇ və nəticə əsaslı büdcə isə bir starteji büdcə planlaması aləti olduğuna görə bu resursların büdcənin gəlir və xərclərin orta müddətli dövr üzrə planlaşdırılmasını nəzərdə tutur ki, bu da dövlətin həyata keçirdi proqram və layihələrin fasiləsiz olaraq maliyyələşməsinə imkan verir”.
Bu sözləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin direktor müavini Rəşad Həsənov III Maliyyə və İnvestisiya Forumu zamanı qeyd edib.
Rəşad Həsənovun tam çıxışını dinləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: