“Microsoft”un vitse-prezidenti və CMO-su Yusuf Mehdi bildirib ki, “Microsoft” yeni Bing-i daha çox brauzerə çatdırmağı planlaşdırır.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Microsoft keçən həftə bəzi demolarla ChatGPT ilə təkmilləşdirilmiş Bing-i buraxdı və tələbat artmaqda davam etdikcə şirkət təcrübəni daha çox brauzerə genişləndirəcəyini təsdiqləyib.
Microsoft-un vitse-prezidenti və CMO-u Yusuf Mehdi dünən bir tvitində yeni Bing təqdimatı ilə bağlı yeniləmə təqdim edərək, gözləmə siyahısına qoşulanlara tədricən dəvətlərin göndərildiyini təsdiqləyib.
Əvvəllər ilk 48 saat ərzində 1 milyondan çox insanın qeydiyyatdan keçdiyi təsdiqlənirdi və Mehdi deyir ki, indi “milyonlar” növbə sırasındadır. Mehdi həmçinin təsdiqləyib ki, Microsoft Bing və Edge-i standart axtarış mühərriki və brauzeri kimi, eləcə də ilk təcrübəni optimallaşdırmaq üçün quraşdırılmış Bing Mobile proqramı olanlara üstünlük verir. Mehdi əlavə etdi ki, Microsoft yeni Bing-i daha çox brauzerə gətirməyi planlaşdırır.
Qeyd edək ki, yeni Bing hazırda yalnız Microsoft Edge ilə məhdudlaşır. Microsoft-un bu məhdudiyyəti nə vaxt aradan qaldıracağı hələlik bəlli deyil.