“Məlum olub ki, ölkələr hər il 240-250 milyard dollar vəsaiti vergi yayınmalarından itirirlər. Bu qəbul olunmazdır. Nəzərə alaq ki, məsələn Azərbaycanda şirkət fəaliyyət göstərir, amma gəlir vergisini başqa ölkəyə ödəyir. Bu Azərbaycan qanunvericiliyi üçün də qəbul olunmazdır və bunun qarşısının alınması üçün tədbirlər görülür. Ölkələrarası hesabatda belə bir məqam var ki, hər bir transmilli şirkət əgər illik məcmu gəliri 750 milyon avrodan artıqdırsa o, üzv olduğu müvəkkil müəssisəyə müəyyən bir hesabat təqdim etməlidir. Əslində bunu ilkin olaraq ana müəssisə, yəni digər şirkətlərin məlumlarını konsolidə edən şirkət təqdim etməlidir, amma əgər ana şirkət bu quruma üzv deyilsə və ya OECD-nin üzvü olan ölkənin rezidenti deyilsə, bu halda vəkil bir qurum seçilir. Seçilən qurum Azərbaycanda da ola bilər”.
Bu sözləri KPMG Azərbaycanın Vergi üzrə meneceri Ülvi Mehrəliyev III Maliyyə və İnvestisiya Forumu zamanı qeyd edib.
Ülvi Mehrəliyevin tam çıxışını dinləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: