“Orta müddətli xərclər çərçivəsində nəticə əsaslı büdcə dövlətin maliyyə resurslarını daha effektiv və səmərəli idarə olunmasına imkan verən bir mexanizimdir.


Son illərin digər mühüm bir büdcə islahatı “Qayda əsaslı fiskal çərçivə”nin tətbiqidir. Biz 2018-ci ildən büdcə qaydasını tətbiq etməyə başlamışıq. 2020-ci ildə pandemiya və neftin qiymətinin kəskin düşməsi nəticəsində digər ölkələrdə olduğu kimi biz də büdcə qaydasının tətbiqini müvəqqəti olaraq dayandırmışdıq. 2022-ci ilin əvvəllərindən büdcə qaydasının tətbiq olunmasına başlanıldı, hətta o daha da təkmilləşdirildi”.


Bu sözləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin direktor müavini Rəşad Həsənov III Maliyyə və İnvestisiya Forumu zamanı qeyd edib.


Rəşad Həsənovun tam çıxışını dinləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: