WhatsApp İOS proqramında video zənglər üçün "picture-in-picture" funksiyasını işə salıb. "Picture-in-picture" funksiyası zəng zamanı azaldılmış video ekranı sayəsində zəng zamanı başqa işləri asanlıqla yerinə yetirməyə imkan verir.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, yalnız mesajlaşmada deyil, görüntülü zənglərdə də çox iddialı olan WhatsApp, yeni funksiyasını istifadəyə verdiyini açıqlayıb.


WhatsApp-ın verdiyi məlumata görə, videozənglər üçün "picture-in-picture" funksiyası işə salınıb. Bu xüsusiyyət sayəsində WhatsApp-da videozəng edərkən başqa proqrama keçsəniz belə, videozəng fasiləsiz davam edəcək.


Keçən dekabr ayında ilk dəfə WhatsApp tərəfindən elan edilən xüsusiyyət təxminən 2 aylıq bir beta müddətindən sonra ortaya çıxıb. “WhatsApp”ın çatdırdığı məlumata görə, “picture-in-picture” funksiyası zəng zamanı azaldılmış video ekranı sayəsində zəng zamanı başqa işləri asanlıqla yerinə yetirməyə imkan verir.


Yeni “picture-in-picture” funksiyası ilə siz videozəng edərkən videonu kəsmədən telefonunuzdakı digər proqramlardan istifadə edə biləcəksiniz. WhatsApp-ın videozənglər üçün təklif etdiyi "şəkildə şəkil" funksiyası 2018-ci ildə Android platforması üçün əlçatan olub . Təxminən 5 il gözləmədən sonra 23.3.77 yeniləməsi ilə şəkil içində şəkil funksiyası iOS platforması üçün də əlçatan oldu.


“Picture-in-picture” funksiyası ilə yanaşı, “WhatsApp” həm iOS, həm də Android istifadəçiləri üçün fayl göndərərkən altyazı əlavə etmək imkanı gətirdiyini açıqladı.


Qeyd edək ki, WhatsApp eyni anda 100 şəkil və ya sənəd göndərməyə imkan verən funksiyanı sınaqdan keçirməyə başlayıb.