Fevralın 25-də Bakı KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən “Əmək qanunvericiliyi - işdən çıxma, işə qəbul, məzuniyyət” mövzusunda maarifləndirici təlim keçiriləcək.


Facemark.az xəbər verir ki. bu barədə məlumatı Kiçik və Orta biznein İnkişafı Agentliyi (KOBİA) öz rəsmi saytında qeyd edib.


Bakı KOBİM-in təlimçi-eksperti Sevinc Qarakişiyeva aşağıdakı mövzulardan danışacaq:


- İşçilərin işə qəbulunun səmərəli üsul və metodikası;


- Müsahibələrin həyata keçirilməsi və namizədlərin seçilməsi;


- Əmək müqaviləsinin bağlanmasının əsasları və qaydaları;


- Əmək müqaviləsi ilə sınaq müddəti.


Saat 10:00-da “Bakı KOB evi”ndə keçiriləcək təlimdə iştirak etmək istəyənlər (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya baki@kobim.az elektron poçt ünvanına müraciət edə bilərlər.


Qeyd edək ki, təlim ödənişsizdir.