“ Hər il dövlət büdcəsində dəyişikliklər çərçivəsində vergi qanunvericiliyində dəyişikliklərin həyata keçirilməsi planlaşdırılır və bu dəyişən iqtisadiyyat fonunda əlbəttə ki, iqtisadi münasibətlərin dəyişməsinə uyğun olaraq da vergi qanunvericiliyində dəyişikliklər həyata keçirilir. Bu dəyişikliklər həm investisiya baxımından, həm sosial münasibətlərlə bağlı olaraq, eyni zamanda ölkənin beynəlxalq reytinqlərdə mövqeyinin formalaşması baxımından öz istiqamətlərini ehtiva edir
Ölkə başçısı tərəfindən 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası təsdiq edilmişdir. Həmin strategiya üzrə iqtisadi blokda çoxsayılı istiqamətlər müəyyən edilmişdir və bu istiqamətlərdən eyni zamanda dövlət vergi xidmətinin üzərinə də müəyyən pay düşmüşdür”.
Bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov III Maliyyə və İnvestisiya Forumu zamanı qeyd edib.
Nicat İmanovun tam çıxışını dinləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: