“Vergi öhdəliklərinin əvvəlcədən müəyyən olunması konsepsiyası Avropadan gəlmiş bir yanaşmadır. Bu konsepsiyada vergi ödəyicisi əvvəlcədən aparılacaq əməliyyat barədə vergi orqanına ətraflı məlumat təqdim edilir. Bundan əlavə olaraq həmin şəxs müvafiq sənədlər təqdim edir və öz fikrini əsaslandırır. Vergi orqanı isə bunun əsasında bir cavab təqdim edir. Vergi ödəyicisi bu məlumatla razılaşsa vergi məbləği öncədən müəyyən olunduğuna görə vergi orqanları müvafiq əməliyyata görə vergi hesablamır. Belə olduqda vergi ödəyicisi növbəti qərar vermə anlarında rahat seçim edə bilir”.
Bu sözləri KPMG Azərbaycanın Vergi üzrə meneceri Ülvi Mehrəliyev III Maliyyə və İnvestisiya Forumu zamanı qeyd edib.
Ülvi Mehrəliyevin tam çıxışını dinləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: