“ Kölgə iqtisadiyyatı ilə sistemli mübarizə aparılması, şəffaflıq səviyəsinin artırılması, vergi siyasətində rəqəmsallaşdırılmanın yüksəldilməsi istiqaməti üzrə əsas strateji hədəflər olaraq kölgə iqtisadiyyatı ilə sistemli mübarizə mexanizmin hazırlanması və bəyannamə sisteminə keçidin əsaslarının yaradılması, iqtisadiyyatın şəffaflaşdırılması, uçot siyasətinin təkmilləşdirilməsi və aktuallığının artırılması, eyni zamanda rəqəmsallaşmanın genişlənməsi və yeni elektron xidmətlərin tətbiq dairəsinin genişləndirilməsidir. Vergi qanunvericiliyində dəyişikliklərin istiqamətləri əlbəttə ki, 2022-2026-cı illər sosial-iqtisadi inkişaf strategiyasından irəli gəlir, eyni zamanda həmin strategiyanın ərsəyə gəlməsində əsas rol oynayan ölkə başçısının müvafiq fərman və sərəncamları, işğaldan azad olmuş ərazilərin yenidən bərpası, idxalın yerli istehsalla əvəzlənməsi, idxaldan asılılığın aradan qaldırılması ilə bağlı tədbirlərdir.”


Bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov III Maliyyə və İnvestisiya Forumu zamanı qeyd edib.


Nicat İmanovun tam çıxışını dinləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: