Samsung keçirdiyi tədbirdə yeni Exynos 1330 və 1380 prosessorlarını təqdim edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Cənubi Koreyanın texnologiya nəhəngi Samsung, ötən aylarda təşkil etdiyi Samsung Galaxy A14 tanıtım tədbirində yeni prosessorlarının çox yaxında açıqlanacağını deyib . Bu gün edilən bir promosyonda şirkət yeni Exynos 1330 və 1380 prosessorlarını təqdim edib.


Hər iki prosessor əvvəlki nəsil prosessorlardan həm daha sürətli, həm də güclüdür. Üstəlik, bu prosessorlar 108 və 200 MP kameralar və 5G dəstəyi kimi xüsusiyyətlərə malikdir.


Əsasən yeni nəsil üst səviyyəli və orta səviyyəli telefonlarda istifadə edilməsi gözlənilən şirkətin prosessoru Exynos 1330, Samsungun 5nm texnologiyası ilə istehsal edilib. 2 Cortex-A78 və 4 Cortex A55 çipinə sahib olan prosessorda Mali-G68 MP2 GPU da var. Beləliklə, təxminən desək, bu prosessordan istifadə edən giriş səviyyəli cihazlar başlanğıc səviyyəsindən çox orta səviyyəli telefon hissi təklif edə biləcəklər .


Prosessor həmçinin 120Hz ekran yeniləmə sürəti , 108 MP kamera dəstəyi, 32 MP həllində sıfır çəkim gecikməsi, 5G və UFS 3.1 dəstəyi kimi xüsusiyyətlərlə gəlir .


Qeyd edək ki, Exynos 1330 prosessorlarının bu ilin qalan hissəsində təqdim olunacaq giriş səviyyəli A və M seriyalı telefonlarda, Exynos 1580-in isə orta səviyyəli A və M modellərində istifadə ediləcəyi gözlənilir.