Xbox-ı ətraf mühitə uyğun konsol edən yeniləmə hər kəs üçün gəlir. Məlumata görə 20 qat daha az enerji istifadə edəcək, karbon emissiyalarını azaldacaq.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Microsoftun yaxınlarda elan etdiyi və Xbox-ları ətraf mühitə uyğunlaşdıracaq yeniləmə hər kəs üçün əlçatandır. Oyun konsollarında bir ilk olacaq bu yenilik ilə enerji qənaətinə nail olunacaq və Xbox konsollarının karbon izi əhəmiyyətli dərəcədə azalacaq.


Ötən aylarda verdiyi açıqlama ilə Microsoft , məşhur konsolu Xbox üçün bir ilkə imza atdığını açıqlayıb. Texnologiya nəhəngi Xbox Insider-ə ' karbon həssas' güc rejiminin əlavə edildiyini bildirib və bu yaxınlarda rejimin bütün konsol sahibləri üçün buraxılacağını açıqlayıb.


Gözlənilən gün gəlib və rejimin bütün istifadəçilər üçün əlçatan olduğu açıqlanıb. Xbox-a gələn bu yenilik Microsoft-un karbon-neytral məqsədlərinə çatmaq üçün atdığı addımların bir hissəsidir . Ətraf mühitə təsirini azaltmaq istəyən şirkət 2030-cu ilə qədər hədəfinə çatmağı hədəfləyir.


Qeyd edək ki, Konsollar üçün nəzərdə tutulan bu yeniləmə enerji qənaəti ilə də ətraf mühitə əhəmiyyətli töhfə verəcək.