28 fevral tarixində Baku Marriott Boulevard Hoteldə Türkiyə Cumhuriyyəti Tarım və Orman Bakanlığının tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və AGRO TV Azərbaycanın təşkilatçılığı ilə “International Agro Business Forum–2023” forum-sərgi keçirilir.

Facemark MMC-nin təşkilati dəstəyilə keçirilən sərginin keçirilməsində əsas məqsəd kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satış imkanlarının artırılması, Azərbaycan və Türkiyə KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də xidmət və məhsullarının tanıtdırılması, aqro sahədə olan yeniliklər haqqında sahibkarların maarifləndirilməsi, yeni istehsal sahələri və istehsalın məhsuldarlığının artırılması üçün şəbəkələşmənin qurulmasıdır.


Forum-sərgidə Azərbaycan, Türkiyə, İsrail, Rusiya Federasiyası, Almaniya, Fransa, Pakistan, Özbəkistan, Qazaxıstan, Macarıstan ölkələrindən 100-dən artıq iş adamının iştirakı ilə keçirilir.Eyni zamanda, sərgi hissəsində isə 40-dan çox aqro sahəsində fəaliyyət göstərən türk və azərbaycan şirkətləri öz məhsullarını və xidmətlərini təqdim ediblər.


Forumdan görüntüləri təqdim edirik: