“İşğaldan azad olunmuş ərazilərə investisiya qoyuluşunu həm müəssisənin özünə münasibətdə güzəştlərlə yanaşı təsisçilərin də burada maraqlarının qorunması və artırılması nöqteyi-nəzərindən həmin müəssiələr üzrə əldə ediləcək divident gəlirləri də mənfəətin bölüşdürülməsi şəklində köçürüldüyü zaman 10 il ərzində vergidən azad edilməsi nəzərdə tutulmuşdur. İşğaldan azad olunmuş ərazilər geniş turizm potensialına malik ərazilərdir. Əlbəttə ki, bu bölgələrdə məhz turizm sahəsi üzrə də nəzərdə tutulan güzəştlərlə yanaşı eyni zamanda mehmanxana xidmətləri ilə bağlı ödənilən əlavə dəyər vergilərinin qaytarılması həddi 30%-dək artırılmış olacaqdır”.
Bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov III Maliyyə və İnvestisiya Forumu zamanı qeyd edib.
Nicat İmanovun tam çıxışını dinləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: