“İşğaldan azad edilmiş ərazilərdə eyni zamanda onu qeyd etmək lazımdır ki, burada real sektorun bütün nümayəndələri ticarət, xidmət, istehsal, tikinti, hasilat sənayesi subyektləri vergi güzəştləri ilə əhatə edilmişdir. Eyni zamanda həmin ərazilərdə sərnişin daşınması fəaliyyəti də vergilərdən azad ediləcəkdir. Beləliklə işğaldan azad edilmiş ərazilər üzrə geniş həcmli vergi güzəştləri məhz investorlara bir növ şərait yaradır ki, həmin istiqamət üzrə investisiyalar yatırılsın. Müəssisələrin vergidən azad edilməsi ilə yanaşı əldə ediləcək divident gəlirlərinin də vergidən azad edilməsi təsisçi müəssisə maraqlarına xidmət etmiş olacaqdır”.


Bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov III Maliyyə və İnvestisiya Forumu zamanı qeyd edib.


Nicat İmanovun tam çıxışını dinləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: