Almaniya uşaqlara mənfi təsiri azaltmaq üçün şirniyyatların reklamına qadağa qoymağı planlaşdırır. Tərkibində çox yağ və ya duz olan qidalar da məhdudiyyətlərlə üzləşəcək.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Almaniya uşaqların 15 faizinin obez olmasından narahatdır. Bu mənfi tendensiya bütün Avropaya yayılır. "Biz uşaqların daha sağlam böyüməsinə əmin olmalıyıq" deyə Almaniya Naziri bildirib.
Beləliklə, planlaşdırılan qadağa bütün mediaya təsir edəcək. Bununla belə, onlar şirniyyat reklamını tamamilə silməyəcəklər - buna yalnız 6 saatdan 23 saata qədər olan müddətdə icazə verilməyəcək.
Bundan əlavə, məktəblərdən, uşaq bağçalarından, uşaq meydançalarından və əyləncə məkanlarından 100 metr radiusda reklam lövhələrində bu cür reklamların yerləşdirilməsini qadağan edəcək. Tərkibində şəkər, yağ və ya duz yüksək olan qida istehsalçıları artıq uşaq tədbirlərinə sponsorluq edə bilməyəcəklər.
Qeyd edək ki,yeniyetmələrin piylənməsi ilə mübarizə məqsədilə artıq bir sıra ölkələrdə belə məhdudiyyətlər tətbiq edilib. Bundan əvvəl Unilever uşaq və yeniyetmələr üçün nəzərdə tutulan qida və içkilərin reklamını dayandırmaq qərarına gəlib. Rusiyada da “zibil yeməklərin” reklamını məhdudlaşdıran qanun üzərində işləyir.