"Aqrar emal fəaliyyəti üzrə məşğul olan vergi ödəyicilərinə də təşviqlərin verilməsi nəzərdə tutulur. Ölkə iqtisadiyyatında əsas sahələrdən biri məhz kənd təsərrüfatı sektorudur. Ölkənin coğrafi quruluşu da buna imkan verir və əhalinin bölgüsündə də bu özünü göstərir. Kənd təsərrüfatı məhsullarında əlbəttə ki, qiymət artımları da var. Burada idxaldan asılı olduğumuz müəyyən sahələr də var. Valyuta siyasəti baxımından xarici vəsaitlərin köçürülməsində bu prosesin ləngidilməsində istər məşğulluq siyasəti nöqteyi nəzərdən, istərsə də sənayeləşmənin formalaşması baxımından aqrar emal müəssisələrinin vergi təşviqi ilə əhatə edilməsi və qarşıdakı 7il müddətində vergi təşviqinə tabe tutulması nəzərdə tutulmuşdur".
Bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov III Maliyyə və İnvestisiya Forumu zamanı qeyd edib.
Nicat İmanovun tam çıxışını dinləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: