ABŞ-ın Citigroup bankı investisiya bankı bölməsindən yüzlərlə əməkdaşını ixtisar etmək qərarına gəlib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, mənbələrə görə, bank ümumi 240.000 işçisinin 1%-dən azını işdən çıxaracaq.
Qeyd edək ki, bu qərar General Motors kimi şirkətlərin işdən çıxarılması xəbərindən sonra gəlib.