"Böyük Qərb iqtisadiyyatlarına tənəzzül gəlir" deyə Fitch xəbərdarlıq edib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Fitch Ratings, inflyasiya artmaqda davam etdiyi üçün Almaniya və İtaliyanın ilin sonuna kimi resessiyaya girəcəyini bildirib. Mütəxəssislər qeyd edib ki, dünya hökumətləri Ukraynada münaqişə başlayandan bəri ərzaq və enerji qiymətlərinin artması nəticəsində yaranan yaşayış böhranı ilə mübarizə aparır.
Almaniya iqtisadiyyatı 2022-ci ilin son üç ayında əvvəlki rüblə müqayisədə 0,4 faiz azalıb.