Özbəkistanın Rusiyadan təbii qaz idxalı üçün infrastruktur hazırlıqlarına başlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Özbəkistanın “Uztransgaz” təbii qaz nəqli şirkəti tərəfindən verilən açıqlamada qeyd olunub ki, şirkət Rusiyadan idxalı gözlənilən təbii qazın yerli təbii qaza mane olmasının qarşısını almaq üçün ölkədəki təbii qaz nəqli infrastrukturunu uyğunlaşdırmağa başlayıb.


Qeyd edək ki, yanvar ayında Özbəkistan Rusiyanın "Qazprom" şirkəti ilə təbii qaz sahəsində əməkdaşlıq üçün yol xəritəsi imzalayıb.