Almaniya Mərkəzi Bankı (Bundesbank) keçən il 1979-cu ildən bəri ilk dəfə itki ilə üzləşib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Bundesbank prezidenti Yoahim Nagel Frankfurtda keçirdiyi mətbuat konfransında bankın 2022-ci il üzrə hesabatını ictimaiyyətə təqdim edib. Nagel bildirib ki, ötən ildəki itki və növbəti illərdə bankın gəlirlərindəki yaxşılaşma son bir neçə ildə həyata keçirilən qeyri-adi ekspansion pul siyasətinin nəticəsidir.


Qeyd edək ki, 2010-2019-cu illər arasında Bundesbank öz mənfəətindən federal büdcəyə təxminən 25 milyard avro köçürüb. Keçən il söz mövzusu itki ilə Almaniyanın federal büdcəsində gəlir itkisi olacaq.