“Həm yeni yaranan müəssiəsələrə, həm də mövcud müəssisələrə 7 il ərzində 50% həcmində mənfəət və gəlir vergisi üzrə güzəştlər təqdim ediləcəkdir. Eyni zamanda tam həcmdə əmlak və torpaq vergisi üzrə güzəştlər tətbiq olunacaqdır. Bu bildiyiniz kimi maya dəyərini təşkil edən xərc elementi kimi sabit xərclərdir və məhsul xidmətinə də təsir edir. Məhz bu baxımdan bizneslə keçirilən görüşlərimizdə də bu təşviqlərin fəaliyyət göstərən müəssisələrə verilməsinin əhəmiyyəti vurğulanmışdır”.


Bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov III Maliyyə və İnvestisiya Forumu zamanı qeyd edib.


Nicat İmanovun tam çıxışını dinləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: