ABŞ Qida və Dərman İdarəsi (FDA) İlon Maskın Neuralink ilə insan beyninə çip implantasiya etmək təklifini rədd edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, FDA, Elon Maskın Neuralink ilə insan beyninə çip implantasiya etmək təklifini rədd edib.


Qurucusu olduğu Neuralink sağlamlıq təşəbbüsünün bu il insanlar üzərində sınaqdan keçirilməyə başlayacağını açıqlayan Mask FDA-dan lazımi icazə ala bilməyib.


FDA Neuralink-in bu araşdırması ilə bağlı narahatlığını ifadə edib. Bu narahatlıqlar arasında implantların litium batareyaları ilə işləməsi, implantlarda istifadə edilən naqillərin beynin müxtəlif hissələrinə sürüşə bilməsi və implantların beyinə zərər vermədən çıxarılıb-çıxarılmaması daxildir.
Neuralink kompüter-beyin interfeysini inkişaf etdirmək üçün kəllə sümüyünə implantasiya edilə bilən çiplər üzərində işləyir. Bunlardan bəziləri ilə şirkət görmə qabiliyyətini itirmiş insanların görmə qabiliyyətini bərpa etməyə və iflic olan insanların yenidən yeriməyə imkan verməsini hədəfləyir.


Mask keçən ilin noyabrında bildirib ki, şirkət təxminən altı aydan sonra insanlar üzərində klinik sınaqlara başlayacağını gözləyir.