AFFA-nın növbəti Konfransı başlayıb.


Facemark.az "Report.az"a istinadən xəbər verir ki, konfransın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:


- Prezident tərəfindən iclasın açıq elan edilməsi;


- Konfransın tərkibinin yoxlanılması;


- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması;


- Maliyyə hesabatlarının təsdiq olunması;


- Müstəqil auditorun hesabatını nəzərə almaq;


- Hər hansı vakant vəzifəyə seçkilər;


- AFFA üzvlərinin təkliflərinin qəbul olunması;


- Digər məsələlər.


Konfransın ardından keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasında bu məsələlər müzakirə ediləcək:


- Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan silsilə tədbirlər


- 2024-2028-ci illər üçün FIFA və UEFA tərəfindən ayrılacaq maliyyə vəsaitinin müxtəlif regionlarda yeni stadionların inşasına ayrılması


- Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin təsdiqi


- AFFA-nın nəzdində fəaliyyət göstərən müvafiq komitələrin tərkibinin təsdiqi


- Futbol veteranları üçün fərdi təqaüdlər haqqında Əsasnaməsinin təsdiqi


- Yoxlama və Təftiş Komitəsinin hesabatı


- I Divizionda çıxış etmək üçün Region Liqasinda 3 illik fəaliyyət tələbi ilə bağlı qərarın müzakirəsi


- Azərbaycan Premyer Liqası, I Divizion və kubok oyunlarının internet üzərindən yayımı və oyunların statistik məlumatlarının əldə olunmasının PFL-ə həvalə olunmasının təsdiqi


- I Divizion və əvəzedici heyət yarışlarının ayrılmasının müzakirəsi


- 2023/2024 mövsümündən I Divizionda çıxış edən klublar üçün lisenziyalaşdırmanın tətbiqinin müzakirəsi


- Azərbaycan Futzal Federasiyasının fəaliyyəti ilə bağlı qurum rəhbərliyinin məlumatı


- Digər məsələlər