Bu gün səhər qızıl cüzi bahalaşaraq 1 unsiyası 1 853 ABŞ dolları səviyyəsində qalıb.
Facemark.az “Report.az”a istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 1,3 ABŞ dolları və ya 0,07 % bahalaşaraq 1 unsiyası 1 853,8 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, gümüşün may fyuçerslərinin qiyməti 0,16 % artaraq 1 unsiyası 21,168 ABŞ dolları olub.