Microsoft bu gün bizneslərin kommersiya ehtiyaclarına cavab verən Dynamics 365 adlı sisteminə süni intellekt dəstəyi gətirəcəyini açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, hər tətbiqə süni intellekt sistemlərinin inteqrasiyası üzərində işləməyə başlayan və hətta bunu həyata keçirmək üçün OpenAI-a "çox milyon dollarlıq" sərmayə qoyan Microsoft , keçən ay Office proqramlarına süni intellekt dəstəyi gətirəcəyini açıqlayıb.


Bu yaxınlarda süni intellektlə dəstəklənən Bing axtarış sistemini işə salan Microsoft , şirkətlər və markalar tərəfindən tez-tez istifadə edilən Dynamics 365 proqram təminatına süni intellekt sistemlərini inteqrasiya etdiyini açıqlayıb . İndi hətta inboxumuzdakı e-poçtlar da süni intellektin məhsulu olacaq.


Microsoft Dynamics 365 CoPilot adlı süni intellekt dəstəyi şirkətin İnsan Resursları, Ticarət, Satış, Təchizat Zənciri, Maliyyə və Layihə İdarəetmə kimi əsas mövzularında istifadə edilən bütün tətbiqləri əhatə edəcək.


Süni intellektin imkanları bir çox peşə qruplarında istifadə olunmağa başlayıb. CoPilot-un yuxarıdakı istifadə sahələri, həmçinin kopirayterlər və müştəri nümayəndələri kimi insanları işdən kənarlaşdıracaq şübhələrə səbəb ola bilər.


Lakin Microsoft-un bu məqamda əsas məqsədi daha çox təkrarlanan və vaxt aparan işləri süni intellektə həvalə etmək olacaq.


Beləliklə, işçilər yaradıcılıqlarını ifadə edə biləcəkləri əsas iş yüklərinə diqqət yetirə biləcəklər.