Tesla Avtomobillərinə Yenə Endirimlər edib: Model S və Model X Qiymətləri Minlərlə Dollar Düşüb!
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, avtomobil nəhəngi Tesla, Model S və Model X modellərinin ABŞ qiymətlərində 4%-dən 9%-ə qədər endirim edib. İlon Maskın rəhbərliyi altında olan şirkət yanvar ayında bütün modellərinə minlərlə dollar endirim edib.
Dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı olan Tesla hər il milyonlarla avtomobil sataraq böyüməyə davam edir. Ölkəmizə də gəlməsi gözlənilən İlon Maskın idarəçiliyində olan şirkət yanvar ayında sektorda rəqabətin artmasının ardından ABŞ və Avropada bütün modellərdə minlərlə dollara qədər endirimlərə gedib.
Bu gün avtomobil nəhənginin analoji qərar qəbul etdiyi bildirilir. Reuters xəbər verir ki, şirkət son endirimdən sonra Model S və Model X avtomobillərinin qiymətlərini növbəti dəfə aşağı salıb.
Qeyd edək ki, bu endirim qərarı yalnız ABŞ-da avtomobilləri əhatə edir.