“Uçotun yazılmasında birinci qayda əməliyyatların tam və düzgün şəkildə qeyd olunmasıdır. Burada yalnızca qeyd etmək kifayət etmir. İkinci qayda isə əməliyyatların oxunması, yəni hesabatlılıqdır. Hesabatı olmayan uçot radioda kinoya baxmaq kimi birşeydir. Mütləq qaydada şirkətlərdə görülmüş işin yekununda bir hesabat forması olmalıdır. Hesabatlılıq işin icrasını çılpaqlıqla əks etdirən məsuliyyət formasıdır. Üçüncü qayda isə auditdir. Audit sahibkarın sığortasıdır. Biz bilirik ki, şirkətdə biznes prosesləri baş verdikdə audit olduqdan sonra sahibkar daha rahat olur”.
Bu sözləri Good Finance MMC-nin Direktoru Vüsal Səlimov III Maliyyə və İnvestisiya Forumu zamanı qeyd edib.
Vüsal Səlimovun tam çıxışını dinləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz: