TikTok AB ölkələrində qadağalara son verə biləcək yeni layihəsini elan edib: Məlumatlar Avropada qalacaq


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, son zamanlar tez-tez qadağalarla mübarizə aparan TikTok, AB səlahiyyətlilərinin tətbiq etdiyi qadağaları aradan qaldırmaq üçün səlahiyyətlilərə yeni bir layihə təqdim edib. Layihəyə əsasən, Aİ-də yaşayan istifadəçilərin bütün məlumatları Aİ sərhədləri daxilində qalacaq.


ABŞ-ın TikTok-u “ Çin hökumətinin agenti ” kimi ittiham etməsindən sonra inkişaf edən hadisələr ABŞ , Kanada və Avropa İttifaqının TikTok-u dövlət işçilərinə qadağan etməsi ilə daha da ciddiləşib . Məlumatların təhlükəsizliyindən narahat olan səlahiyyətlilər, TikTok siyasətlərini dəyişməsə platformanı bağlamaqla hədələyiblər.


Bu gün TikTok Avropa İttifaqının təhdidlərinə qarşı yeni məlumat saxlama sistemi olan Project Clover- ı elan edib . Bu yeni sistem sayəsində Çin sosial media platforması Avropada öz “azadlığını” bərpa edə bilər.


Project Clover əsasən TikTok-un məxfilik və məlumat təhlükəsizliyi üzərində işlədiyi bəzi xüsusiyyətlərin tətbiqini əhatə edir. Bu xüsusiyyətlərə lazım gəldikdə dövlət rəsmiləri tərəfindən məlumatların nəzərdən keçirilməsi daxildir .


Bu layihə ilə şirkət Avropadakı istifadəçilərin məlumatlarını da saxlayacaq və AB ilə ByteDance tərəfindən birgə müəyyən edilən təhlükəsizlik şirkəti tərəfindən mütəmadi olaraq yoxlanılacaq. Təhlükəsizlik şirkətinin əsas vəzifəsi məlumatların təhlükəsiz olduğuna və TikTok-un iddia edildiyi kimi məlumatları gizli şəkildə Çinə ötürməməsinə əmin olmaq olacaq .


Clover Layihəsi sayəsində TikTok Aİ səlahiyyətlilərinin qadağalarından qurtulmağı və Avropada daha sərbəst fəaliyyət göstərməyi hədəfləyir. Lakin nəzərə alsaq ki , şirkət 2020-ci ildə Project Texas adlı oxşar sistemi ABŞ-da tətbiq edib və buna baxmayaraq ABŞ-ın qadağalarından qurtula bilməyib, şirkətin gözləntiləri qarşılıqsız qala bilər.


Qeyd edək ki, TikTok-un Avropa rəhbəri Teo Bertram layihə ilə bağlı 3-cü tərəf məlumat saxlama və təhlükəsizlik şirkətləri ilə görüşməyə başladıqlarını bildirsə də, şirkətin Avropa və ABŞ-dan başqa ölkələrdə hansı layihələr həyata keçirəcəyi maraq doğurur .