Twitter Blue Türkiyədə istifadəçilərə açıldı


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Twitter Blue-nun iOS versiyası istifadəçilərə ayda 209 TL, illik 2199 TL-yə təklif edilir. Veb versiyası isə ayda 150 TL, illik 1569 TL qiymətləri ilə seçilir.


Twitter Blue Türkiyədə istifadəçilərə açıldı. Hazırda yalnız iOS istifadəçilərinə təqdim edilən Twitter Blue, Türkiyədəki Android istifadəçiləri üçün hələ ki, mövcud deyil. Twitter Blue-nun iOS və veb versiyası müxtəlif qiymət seçimləri ilə istifadəçilər üçün əlçatandır .


Twitter Blue-nun iOS versiyası istifadəçilərə ayda 209 TL, illik 2199 TL-yə təklif edilir. Onu da qeyd edək ki, iOS versiyasında illik abunə alanlara 12 faiz endirim təklif olunur. Veb versiyası isə ayda 150 TL, illik 1569 TL qiymətləri ilə seçilir. Twitter-in öz saytında Android versiyası ayda 209 TL, illik 2199 TL olaraq göstərilsə də, hazırda Andorid cihazlarından alış-veriş etmək mümkün deyil.


Yeri gəlmişkən, Twitter Blue təxminən bir həftə əvvəl 20 ölkə üçün açılıb. bu ölkələr arasında. Hollandiya, Polşa, İrlandiya, Belçika, İsveç, Rumıniya, Çexiya, Finlandiya, Danimarka, Yunanıstan, Avstriya, Macarıstan, Bolqarıstan, Litva, Slovakiya, Latviya, Sloveniya, Estoniya, Xorvatiya, Lüksemburq, Malta və Kipr. İndi bu ölkələrə Türkiyə də əlavə olunub.


Bu yaxınlarda Twitter Blue abunəçisi olmayan istifadəçilər üçün SMS vasitəsilə iki faktorlu doğrulamağı aradan qaldıran Twitter , Twitter Blue çətiri altında NFT profil şəkli, Tweet geri alma, Tweet redaktə kimi funksiyalar təqdim edir.


Qeyd edək ki, son zamanlar yaşadığı texniki problemlərlə gündəmə gəlsə də , Twitter-in gəlirlərini artırmaq üçün Twitter Blue ilə doğru addımlar atdığını söyləyə bilərik. Avropada sosial şəbəkələrin yüklənmə sayında azalma olsa da, sosial şəbəkə nəhənglərindən olan Twitter-in tətbiq gəlirləri 2022-ci ildə yüzdə 1829 artıb .