Dünyanın ən böyük qəhvə şəbəkəsi Starbucks tərəfindən satışa çıxarılan ilk NFT kolleksiyası bir neçə dəqiqə ərzində satılıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, keçən il Polygon (MATIC) ilə əməkdaşlıqda istifadəyə verilmiş Web3 loyallıq proqramı "Odyssey" ilə NFT bazarına daxil olan Starbucks, 9 Martda Nifty Gateway platformasında "Siren" adlı ilk kolleksiyasını təqdim edib.
Ümumilikdə 2000 parçadan ibarət kolleksiyanın hər biri 100 dollara satışdadır . İstifadəçilərə kredit kartları və ya Metamask cüzdanları ilə ödəniş etməyə icazə verərkən , adambaşına qəbul edilə bilən NFT-lərin maksimum sayı 2 ilə məhdudlaşır . Ümumilikdə 18 dəqiqə ərzində satılan parçalar tezliklə təkrar bazarlarda 800% -ə qədər gəlirlə satışa çıxarıldı . İstifadəçilər yüksək tələbat səbəbindən sayta daxil ola bilmədiklərini bildiriblər .
Starbucks tərəfindən satışa təqdim edilən ilk ödənişli NFT kolleksiyasına olan sıx marağın, şirkət tərəfindən keçən ay yayımlanan "Holiday Cheer Edition" kolleksiyasının parçalarının təkrar bazarda alıcı tapması ilə əlaqədar olduğu düşünülür.
Keçən il şirkət “Starbucks Odyssey” adlı loyallıq proqramının təqdimatında Web3 və kriptovalyuta bazarı ilə tanış olmayan insanlar üçün NFT təcrübəsini asanlaşdırmaq məqsədi daşıdığını elan etdi.
Proqrama əsasən, istifadəçilər NFT-ni pulla ala və ya proqrama daxil edilmiş tapşırıqları yerinə yetirərək airdrop paylamalarına vəsiqə qazana bilərlər . Starbucks, NFT-lərin nadirliyi ilə birbaşa mütənasib olan bir mükafat sistemini izləyir.