Proqram tapşırıqlarını avtomatlaşdıran süni intellekt startapı Adept 350 milyon dollar toplayıb.



Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, proqram təminatı proseslərini avtomatlaşdıran Adept, General Catalyst və Spark Capital tərəfindən idarə olunan B seriyasında 350 milyon dollar investisiya alıb.
Süni intellekt həyatın bütün sahələrində öz təsirini hiss etdirməyə başlayıb və indi bu sahələrdən biri proqram təminatı sənayesidir. Bu çərçivədə fəaliyyət göstərən bir illik bir təşəbbüs olan Adept , B Serisi turunda 350 milyon dollar sərmayə aldığını açıqlayıb. Sözügedən investisiya raunduna General Catalyst və Spark Capital rəhbərlik etdiyi halda , digər adı açıqlanmayan investorlar da B Seriyasında iştirak etdilər. Bundan əvvəl şirkət ötən ilin aprelində 65 milyon dollar investisiya almışdı.


Şirkətin işi proqram təminatı proseslərinin ən sadə tərifində avtomatlaşdırılmasıdır. Adept ilə istifadəçilər öz sözləri ilə əmrlər yaza və AI köməkçisinin göstərişlərinə əməl edə, bir çox əl proseslərini aradan qaldıra bilərlər. Yeni sərmayə həm də şirkətə bu köməkçi əsasında ilk məhsulunu təqdim etmək, süni intellekt modellərinin təlimini sürətləndirmək və komandasını genişləndirmək üçün istifadə olunacaq.


25 nəfərlik komanda ilə fəaliyyət göstərən Adept, əvvəllər Google-da geniş dil modeli proqramına rəhbərlik edən David Luan tərəfindən təsis edilmişdir . Şirkət aprel ayında investisiya mərhələsindən sonra ilk məhsulu olan ACT-1- i təqdim edib . Bu məhsul bir sıra proqram alətləri üzrə mürəkkəb istifadəçi sorğularını qəbul edə və bir çox alətlər arasında koordinasiya edərək, lazım olduqda onları yerinə yetirə bilər.


Sentyabr ayında Adept brauzerin daxilində baş verənləri izləmək və əmr verildikdə klikləmək, yazmaq və sürüşdürmək kimi hərəkətləri yerinə yetirmək üçün ACT-1-i Chrome genişlənməsinə daxil etdi. “Adept” şirkəti ACT-1-in prototipini masaüstü kompüterlərdə istifadəyə verib və tezliklə mobil versiyasını buraxmağı planlaşdırır.