Yaponiyada ənənəvi şəkil yerinə müştərilərin boyalı miniatür fiqurlarını istehsal edən Omote 3D fotostudiyası açıldı.
Artıq sizin heyranedici detallar ilə miniatür surətinizi hazırlamaq olar. Party Yapon kreativ agentliyi tərəfindən hazırlanmış Omote 3D Shashinkan lahiyə çərçivəsində hər kəs öz 3D-modelini üç ölçüdə: 10 sm, 15 sm və 20 sm kimi əldə edə bilər.
Skan edilərkən öz kiçik surətinizi əldə etmək üçün müştəriyə 15 dəqiqə hərəkətsiz dayanmaq lazımdır. Üç ölçülü model rəngli 3D-printer ilə çap olunur. 3D çap ilə kiçik hissələri təsvir edə bilməməsi səbəbiylə Omote 3D müştərilərə eynək, xəz geyimləri və şəkil təsvirli (məsələn, zolaqlı və xallı kimi) geyimləri geyinməməyi məsləhət görür.
Köşk 14 yanvara kimi Tokionun Haradzyuku rayonunun Eye of Gyre qalereyasında "pop-up" layihə kimi keçiriləcək. Qiymətlər ən kiçik fiqur üçün 21 min yendən başlayır, qrup şəklində sifarişlərə isə güzəştlər təqdim olunur.