Google öz bloq yazısında illik The Check Up tədbirində sağlamlıq sahəsində yeniləmələrini elan edib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Google səhiyyə sektorunda gördüyü işlərlə gündəmdən düşmür. Şirkət öz bloq yazısında illik The Check Up tədbirində sağlamlıq sahəsində yeni yeniləmələri elan etdi


Ucuz xəstəxanalar tapmağı asanlaşdırır
Google, ABŞ-da yaşayan insanların onlara ən yaxın ucuz xəstəxananı tapmasını asanlaşdıracağını açıqladı. O qeyd edib ki, son vaxtlar istifadəçilər öz axtarış nəticələrində pulsuz və ucuz tibbi xidmət təklif edən xəstəxanaları görə biləcəklər. Bu qurumların “ Pulsuz və ya ucuz baxım ” başlığı altında yer alacağı açıqlanıb. Şirkətin məqsədi insanların ilkin tibbi xidmətə çıxışını asanlaşdırmaqdır.


Google tibb təhsili sahəsindəki yenilikləri ilə də diqqət çəkib. Tibb sahəsindəki inkişafları internet üzərindən həkimlərə çatdırmaq üçün Davamlı Tibb Təhsili üzrə Akkreditasiya Şurası ilə əməkdaşlıq edəcəyini açıqladı. Davamlı tibb təhsili vermək üçün Youtube -da Harvard Tibb Məktəbinin Davamlı Təhsil kanalında bu sahədə ən son araşdırmalara dair məzmun yaratmaq üçün çalışacaq .


Sağlamlığa yönəlmiş yeni nəsil rəqəmsal həlli inkişaf etdirmək istəyənlər üçün Open Health Stack açıq mənbə proqramını elan etdi .


Qeyd edək ki, onun səhiyyə sahəsindəki layihələri diqqət çəkir