Ötən həftə iflasa uğrayan Silikon Vadisi Bankı satılıb. ABŞ-ın ən böyük banklarından biri olan First Citizens Bank Silicon Valley Bank-ın yeni sahibi olub.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ötən həftələrin ən çox danışılan mövzularından olan Silikon Vadisi Bankı ilə bağlı diqqətəlayiq bir inkişaf olub. Qəyyum təyin edilən və müflis elan edilən bankı ABŞ-ın ən böyük banklarından biri olan First Citizens Bank alıb. Alınan bank bundan sonra First Citizens Bank-ın nəzdində xidmət göstərəcək .
Əlavə edək ki, Mövzu ilə bağlı verilən açıqlamalara nəzər saldıqda bank müştərilərinin həyatında çox da dəyişiklik olmayacağı qeyd olunub. Bir müddət təyin edilmiş müvəkkil tərəfindən idarə olunacaq bank gələcəkdə First Citizens Bank-ın idarəçiliyinə keçəcək .