Twitter aprelin 1-də ictimai xadimlərin və qurumların kimliyini yoxlamaq üçün istifadə edilən bütün köhnə mavi işarələri siləcəyini açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, çox keçmədən əvvəllər təsdiqlənmiş Twitter hesabları ödəniş etməyə başlamazsa, işarələrini itirəcək. Başqa sözlə, tanınmış şəxslər və qurumlar Twitter Blue abunəçisi olmalı olacaqlar.


Twitter Blue ilk dəfə 2022-ci ilin noyabrında istifadəyə verildikdən qısa müddət sonra Elon Musk bütün mavi işarələrin yaxın aylarda silinəcəyini söyləyib. İndi köhnə mavi işarəsi olan istifadəçilər ödəniş etməsələr, yəni Twitter Blue-a abunə olmasalar, mavi işarələrini itirəcəklər.