Cabify tətbiqi110 milyon dollar investisiya alıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 110 milyon dollarlıq investisiya borc və səhmlərin maliyyələşdirilməsi ilə həyata keçirilib. İspaniyada yerləşən şirkətin yeni investisiyası Orilla Asset Management , AXIS və adı açıqlanmayan digər investorlardan gəlib.


Yeni sərmayənin Ar-Ge araşdırmaları və elektrikli avtomobil strategiyasının inkişaf etdirilməsi üçün istifadə ediləcəyi açıqlanıb. Çünki Cabify 2030-cu ilə qədər bütün parkını tamamilə elektrikli avtomobillərdən təşkil etməyi planlaşdırır.


2011-ci ildə fəaliyyətə başlayan şirkətin ümumi investisiya məbləği 519 milyon dollara yüksəldi . PitchBook-a görə , Cabify-in son sərmayəsi ilə dəyərinin nə qədər artdığı açıqlanmasa da, şirkətin iyul ayında 1,49 milyard dollar dəyərində qiymətləndirilməsi var .


Xatırladaq ki, Cabify 2022-ci ilin mart ayında Avropa İnvestisiya Bankından 40 milyon dollarlıq investisiya alıb. Onu da qeyd edək ki, 2015-ci ildə Yaponiyanın elektron ticarət və internet xidmətləri təklif edən aparıcı şirkətlərindən biri olan Rakuten də şirkətə sərmayə qoyub .


Adrian Merino , Brendan Wallace , Francisco Montero , Juan De Antonio , Sam Lown və Vicente Pascual tərəfindən yaradılmış şirkət ; Argentina, Çili, Kolumbiya, İspaniya, Meksika, Peru və Uruqvayda fəaliyyət göstərir. Cabify-ın 42 milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi və 1,2 milyon sürücüsü var. Şirkət üç il ərzində fəaliyyət göstərdiyi ölkələrdə daha 25 şəhəri genişləndirməklə gəlirlərini üç dəfə artırmağı hədəfləyir. Bildirilir ki, şirkət ötən il 3,65 milyon dollardan çox gəlir əldə edib.


Keçən yanvar ayında Cabify 1100 sürücüsünü işə götürən bir şirkətlə mübahisə etdiyi üçün gündəmə gəlib. Madriddə onun Uber və ya Bolt kimi xarici rəqiblərə qarşı rəqabət üstünlüyünü itirməyə başladığı barədə danışılırdı.