Lucid-in ixtisar etməyi planlaşdırdığı işçilərə 24-30 milyon dollar arasında təzminat ödəyəcəyi təxmin edilir.

Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, texnologiya dünyasındakı son ixtisar dalğası avtomobil sənayesinə də sirayət edib. Teslanın ən əhəmiyyətli rəqibləri arasında yer alan elektrik avtomobil istehsalçısı Lucid , işçilərinin təxminən yüzdə 18-ni işdən çıxaracağını açıqladı . Təxminən 7200 işçisi olan Lucid bu qərarla 1300 nəfəri işdən çıxaracaq.


Şirkət işçilərinin yaxın aylarda işlərinə xitam verəcəyi gözlənilir. Lucid-in işdən çıxarmağı planlaşdırdığı işçilərə ümumilikdə 24 ilə 30 milyon dollar arasında təzminat ödəyəcəyi təxmin edilir. İxtisarların şirkətin restrukturizasiyası çərçivəsində həyata keçirildiyi bildirilib. Lüsid 2023-cü ilə pis başlamışdı.


Mövzu ilə bağlı açıqlama verən Lucid CEO-su Peter Rawlinson , hələlik bütün kritik olmayan xərclərini nəzərdən keçirərək şirkətin xərclərini idarə etmək üçün müxtəlif addımlar atdıqlarını ifadə etdi.


ABŞ-da yerləşən şirkət gözləntilərin altında qaldı və yüksək inflyasiya səbəbindən avtomobil sifarişləri azaldı. Bu da öz növbəsində şirkətin gəlirlərinə təsir edib. 2007-ci ildə Endryu Burns və Sam Venq tərəfindən ABŞ-da qurulan elektrik avtomobil istehsalçısı Lucid bu günə qədər 8 milyard dollardan çox investisiya əldə edib .


ABŞ-da yerləşən başqa bir elektrik avtomobil istehsalçısı olan Rivian , keçən fevral ayında işçilərinin 6 faizini ixtisar edəcəyini açıqlamışdı. Şirkətin 840-a yaxın əməkdaşı ixtisara məruz qalıb.

Dünən Disneyin 7 min adamı işdən çıxarmağa hazırlaşdığı xəbəri gündəmə gəlmişdi . Disney CEO-su Bob İgerin paylaşdığı məlumata görə, işdən çıxarılmaların bu həftə başlayacağı deyilirdi. İşçilərə göndərilən daxili memoda ixtisarların üç dalğada baş verəcəyi bildirilirdi.