Dünyanın ən nadir çəhrayı brilyantlarından biri olan "Sonsuz Çəhrayı" satışdadır. Almazın 35 milyon dollara alıcı tapacağı gözlənilir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Botsvanada təxminən dörd il əvvəl tapılan çəhrayı almaz hərraca çıxarılıb. İyunun 8-də Nyu Yorkdakı Sotheby's hərrac evində satışa çıxarılacaq çəhrayı almazın ən azı 35 milyon dollara alıcı tapacağı gözlənilir. Rənginin aydınlığına və canlılığına görə olduqca nadir rast gəlinən çəhrayı almaz 2019-cu ildə Botsvanada bir mədəndə tapılıb.
Hərrac evinin zərgərlik üzrə mütəxəssisi Quig Bruning 10,57 karatlıq "Sonsuz Çəhrayı"nı "indiyə qədər tapılan ən vacib almazlardan biri" adlandırıb. "Bu almaz həyatımda gördüyüm bazarda ən gözəl və sıx rəngə malikdir" deyə Bruninq əlavə edib.
Çəhrayı brilyantların ilk dəfə 16-cı əsrdə Hindistanda mədənlərdə tapıldığı məlumdur. Daha sonra bu almazlar Afrika, Avstraliya, Braziliya və Rusiyada da tapıldı.