Nestle, tərkibindəki "E.coli" bakteriyasına görə keçən il 56 nəfərə yoluxan və 2 uşağın ölümünə səbəb olan Buitoni dondurulmuş pizzalarının istehsal edildiyi Fransada fabrikini bağlayıb.

Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Fransanın Kaudri şəhərində Buitoni markalı dondurulmuş pizzaların istehsal edildiyi fabrik mart ayının əvvəlindən fəaliyyətini tamamilə dayandırıb.


“Le Figaro”nun xəbərinə görə, fabrik işçilərinin bağlı olduğu həmkarlar ittifaqı da Fransa mətbuatına “artıq burada istehsal edilməyəcək” deyib.


Nestle qrupuna məxsus Buitoni brendi Fraich'Up dondurulmuş pizzaları tərkibində "E.coli" bakteriyası olduğuna görə 18 mart 2022-ci ildə geri çağırılıb. Mətbuatda pizza yeyən 75 nəfərin bakteriyaya yoluxduğu xəbəri yayılmışdı.


Qeyri-kafi GIGIYENA ŞƏRTLƏRİ


Fabrikin keçmiş işçisinin 2022-ci ilin mart ayında media ilə paylaşdığı fotoşəkillərdə pizza istehsal xəttində qurdlar, divarlarda göbələklər, yerdə yemək parçaları və ağzı açıq zibil görünürdü.


Nord bölgəsinin Qubernatorluğu 1 aprel 2022-ci ildə Kaudridəki Buitoni pizzaları istehsal edən fabrikdə aparılan 2 yoxlama zamanı gigiyena şəraitinin qeyri-kafi olduğu və buna görə də fabrikdə pizza istehsalının qadağan edildiyini açıqlayıb.