Apple öz istifadəçilərinə “Daha sonra ödə” kreditlərini açmağa başlayır. Bu çərçivədə artıq müştərilərə ödənişlərini 6 həftədən çox olmayan 4 hissəyə bölməsinə icazə veriləcək və ilk taksit alış zamanı yığılacaq.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Apple müştərilərə onlayn və tətbiqdaxili alışlarda istifadə üçün kredit verməyə hazırlaşır. Bu çərçivədə istifadəçilər heç bir faiz və ya əlavə ödəniş etmədən 50 ilə 1000 dollar arasında dəyişən məbləğlərdə kredit üçün müraciət edə biləcəklər.


Şirkətin rəsmi açıqlamasına görə , ilk dəfə keçən il elan edilən bu funksiya hazırda ABŞ-da məhdud sayda istifadəçilər üçün əlçatandır və yaxın bir neçə ay ərzində istifadəyə verilməsi planlaşdırılır.


Yüksək inflyasiya və ümumi iqtisadi qeyri-müəyyənlik dövründə müştərilərin büdcələrini yüngülləşdirmək üçün Apple-ın Pay Later krediti bəzi iqtisadçıları insanların ödəyə bildiklərindən daha çox borc almağa cəhd edə biləcəyindən narahat edir.


Bununla belə, Apple deyir ki, yeni funksiya “istifadəçilərin maliyyə sağlamlığı nəzərə alınmaqla hazırlanıb”.


Apple-ın Apple Pay və Apple Wallet üzrə vitse-prezidenti Cennifer Beyli deyib: “İnsanların öz maliyyələrini idarə etmək üçün istifadə etdikləri standart yanaşma yoxdur. "Bir çox insanlar çevik ödəniş variantları axtarır, ona görə də biz istifadəçilərimizə Apple Pay Later təqdim etməkdən məmnunuq."


Bu funksiyanın geniş şəkildə tətbiqi ilə Apple istifadəçiləri Wallet proqramında qarşıdan gələn kredit ödənişlərini izləyə və idarə edə biləcəklər. Sözügedən xidmət Mastercard taksit infrastrukturu ilə aktivləşdirilib.