Yeni şirkət quruluşu çərçivəsində ixtisarlara hazırlaşan McDonald's-ın ABŞ-dakı ofislərini müvəqqəti olaraq bağladığı öyrənilib.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, korporativ işçiləri üçün işdən çıxarılma bildirişləri hazırlayan fast food nəhəngi bu həftə ölkədəki ofislərini bağlı saxlayacaq.


Keçən həftə ABŞ-da və qlobal miqyasda bəzi McDonald's işçilərinə göndərilən daxili e-poçtda işçilərdən onlayn olaraq kadr qərarlarını qəbul etmək üçün evdən işləmək və üz-üzə görüşləri ləğv etmək istənilib. E-poçt, bu həftə rol və kadr səviyyələri ilə bağlı mühüm qərarların təşkilat daxilində bildiriləcəyini bildirdi.


Qeyd edək ki, McDonald's-da nə qədər işçinin ixtisar ediləcəyi hələlik bəlli deyil.