Finlandiya sabah rəsmi olaraq NATO-ya üzv olacaq.
Facemark.az "Milli.az"a istinadən xəbər verir ki, bu barədə bu gün NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
O qeyd edib ki, Finlandiya sabah alyansa 31-ci üzv kimi qoşulacaq. Ölkənin bayrağıNATO-nun mənzil-qərargahında dalğalanacaq.
Qeyd edək ki, aprelin 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu təsdiqləyib.
Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokol 2022-ci il iyulun 5-də Brüsseldə imzalanıb.
Finlandiya bundan əvvəl NATO üzvü olan 29 ölkədən təsdiq almışdı.